"Ayaks" sürprizlərini İngiltərədə də davam etdirdi

"Ayaks" sürprizlərini İngiltərədə də davam etdirdi

1 May 2019 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda "Tottenhem" öz meydanında "Ayaks"ı qəbul edib..

Mediainfo.az-ın verdiyi xəbərə görə, turnirin sürpriz komandası hesab edilən "Ayaks" "Tottenhem"dən daha üstün oyun nümayiş etdirib.

Bundan əvvəlki oyunlarda, 1/8 finalda "Real"ı, 1/4 finalda isə "Yuventus"u mübarizədən kənarlaşdıran hollandlar ingilis klubunu da məyus ediblər. "Ayaks" oyunun 15-ci dəqiqəsində Van de Biikin vurduğu qolla Tottenhem" üzərində 1:0 hesabı ilə qalib gəlib və bununla da finala daha bir addım yaxınlaşıb


Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

"Tottenhem" (İngiltərə) – "Ayaks" (Hollandiya) - 0:1
Qol: Van de Biik, 15