Bu gün futbol matçında yaranmış münaqişədə 70-dən çox azarkeş öldü, 100-lərlə insan yaralandı

Bu gün futbol matçında yaranmış münaqişədə 70-dən çox azarkeş öldü, 100-lərlə insan yaralandı

2 Fevral 2012 00:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Misirdə futbol matçından sonra azarkeşlər arasında düşən kütləvi davada 80-ə qədər insan ölüb, yüzlərlə yaralanıb. BBC telekanalının Misir Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, münaqişə Port-Səid şəhərində milli çempionatın liderləri arasında keçirilən oyunda baş verib. Port-Səidin "Əl Məsri" komandası ilə Qahirənin "Əl Əhli" komandası arasında keçirilən oyun 1:3 hesabı ilə qonaqların xeyrinə bitdikdən sonra yerli azarkeşlər meydançaya düşərək rəqib oyunçuları və onların tərəfdarlarını döyməyə başlayıblar. Qahirədən gələnlər məcburən bir yerə toplaşaraq stadionun küncündə özlərini qorumağa çalışıblar. Hadisə yerinə gələn polis dəstələri qonaqları çətinliklə aradan çıxararaq, hadisə yerindən uzaqlaşdırıblar. Məlumatda o da bildirilir ki, ölənlərin sayı arta bilər.

İnqilab qanuni rəhbəri devirdiyi kimi qanunları da devirir...

Murad Şahməmmədov

O.M.