Kubok Realın oldu

Kubok Realın oldu

21 Aprel 2011 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Kral klubu" tarixində 18-ci dəfə İspaniya Kubokuna sahib olub.


Mourinyonun komandası finalda əzəli rəqibi "Barselona"nı məğlub edib. Matçın əsas vaxtı qolsuz bərabərliklə nəticələnib. 69-cu dəqiqədə hakim "Barselona"nın hücumçusu Pedro Rodrigesin vurduğu qolu saymayıb. Səbəb kimi Pedronun oyundankənar vəziyyətdə olması göstərilib.


"Real" əlavə vaxtda istəyinə çatıb. 103-cü dəqiqədə komandanın lideri Kriştianu Ronaldo qələbə topunu vurub - 1:0.

Qeyd edək ki, "Real" və "Barselona" komandaları Çempionlar Liqasının yarımfinal mərhələsində də 2 dəfə qarşılaşacaqlar. Həmin görüşlər aprelin 27-də və mayın 3-də keçiriləcək.


Futbolun yazılmamış qanunu var: "Sən vurmasan, sənə vuracaqlar."


Elvin Babayev


O.M.