Rusiya Soçi-2014 olimpiadasına hazır ola bilməyəcək

Rusiya Soçi-2014 olimpiadasına hazır ola bilməyəcək

14 Yanvar 2012 02:49
Bəyəndim (0) Bəyənmədim (0)
İşi gecikdirənlərin cinayət məsuliyyətinə cəlb olunması təklif edildi

Bildiyiniz kimi, 2014-cü il qış olimpiadası Rusiyanın Soçi şəhərində keçirilməlidir. Lakin ölkə buna hazır deyil. Rusiyanın "Ведомости" xəbər agentliyi məlumat verir ki, tikinti-quraşdırma işləri qrafikdən xeyli ləngiyir. Məhz buna qəzəblənən Rusiya prezidenti Dmitri Medvedev dünən qapalı iclas keçirib. İclasda prezident günahkarları ciddi cəzalandıracağını bildirib. Olimpiadanın təşkilat komitəsinin rəhbəri Dmitri Kozyak prezidentə məlumat verib ki, 393 obyektdən 76 obyektdə işlər çox ləng gedir. O, günahkarların həbsə alınması təklifinə razılığını bildirib. Prezident isə təmkinini itirmədən hər kəsin hüquqi-vətəndaş məsuliyyəti daşıyacağını deyib. Daha sonra əlavə edib ki, gecikməyə səbəb olan şirkətlərin əvvəldən təhvil verdikləri binalar dövlət tərəfindən müsadirə olunacaq.

Xatırladaq ki, Olimpiadanın açılışı keçiriləcək mərkəzi stadionun və bobsleyçilərin sürüşmə yollarının tikintisinə və təmirinə ümumiyyətlə başlanılmayıb.

Rusiya olimpiada hazırlığı "idman növündə" artıq uduzdu...

Murad Şahməmmədov

O.M.