Nursultan Nazarbayevin nəvəsi Azərbaycan millisi ilə oynaya bilər

Nursultan Nazarbayevin nəvəsi Azərbaycan millisi ilə oynaya bilər

20 Aprel 2011 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin futbolçu nəvəsi Aysultan Azərbaycan milli komandası ilə rəsmi oyunlara çağırıla bilər. Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek Astananın "Lokomotiv" klubunun əvəzedici komandasının gənc oyunçusunu dəvət etməsinin mümkünlüyünü bildirib. Prezidentin nəvəsinin "Lokomotiv"ə keçməsi xəbəri hələ martın əvvəlində çıxıb. Hücumda oynayan Aysultan 25 nömrəli futbolçu kimi "Lokomotiv"in əvəzedici komandasına sifariş olunaraq, əvəzedicilərin turnirində və kubokda çıxış edir. Qeyd edək ki, Qazaxıstan Avro-2012-nin seçmə mərhələsində millimizlə ev oyununu iyunun 3-də evdə, sentyabrın 6-da səfərdə keçirəcək.

Yəqin ki, ayın sultanı Aysultanın yerinə qolları babası vuracaq...

Hafiz Əhmədov

O.M.