“Benzemanın milliyə yolu həmişəlik bağlanıb”

“Benzemanın milliyə yolu həmişəlik bağlanıb”

3 İyun 2018 17:50
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, federasiya rəsmisi növbəti dəfə Benzema haqqında danışıb.

"Heç vaxt Benzema haqqında pis söz deməmişəm. Həmişə iddia etmişəm ki, Benzema çox yaxşı futbolçudur, amma onun milli komandaya olan yolu həmişəlik bağlanıb" – deyə Le Qre "goal.com"a bildirib.