Norveçdən qələbə, Belçika - Portuqaliya matçında qol olmadı

Norveçdən qələbə, Belçika - Portuqaliya matçında qol olmadı

3 İyun 2018 07:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bir sıra milli komandalar hazırlıq matçlarında qarşı-qarşıya gəliblər. Bunların arasında Rusiyada keçiriləcək DÇ-2018-in iştirakçıları da var.

Mundialın favoritlərindən hesab olunan Almaniya yığması qonşusu Avstriya ilə üz-üzə gəlib. Klagenfurtda baş tutan görüş "bundestim"in 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Uembli" stadionunda isə iki DÇ iştirakçısı qarşılaşıblar. Meydan sahibi İngiltərə millisi Nigeriyanı məğlub edib - 2:1.

İsveç – Danimarka matçında qalib müəyyənləşməyib.

Gecənin ən maraqla gözlənilən görüşü Belçika ilə Portuqaliya arasında olub, bu qarşılaşmada qol olmayıb.

Hazırlıq oyunları

2 iyun

Avstriya – Almaniya - 2:1

Qol: Hinteregger, 53, Şopf, 69 - Məsut Özil, 11

İngiltərə - Nigeriya - 2:1

Qollar: Keyhill, 7, Keyn, 39 - Ayvobi, 47

İsveç – Danimarka - 0:0

Monteneqro – Sloveniya - 0:2

Qollar: Bejak, 39, Zayç, 79

Belçika – Portuqaliya - 0:0

İrlandiya – ABŞ - 2:1

Qollar: Burke, 57, Cuce, 90 - Vud, 45+1

İslandiya - Norveç - 2:3

Qollar: Finnnboqasson, 30, Siqurdsson, 70 - Jonsen, 15, King, 80, Sorlot, 85

Apasport