Əmrə Can "Yuventus"la müqavilənin şərtlərini razılaşdırıb

Əmrə Can "Yuventus"la müqavilənin şərtlərini razılaşdırıb

2 İyun 2018 07:02
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Əmrə Can azad agent statusunda "Yuventus"a (İtaliya) keçməyə yaxındır. 24 yaşlı futbolçu artıq Turin klubu rəhbərliyi ilə müqavilənin şərtlərini razılaşdırıb.

"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marsionun saytı məlumat yayıb.

Türkiyə əsilli futbolçunun "Yuventus" klubu ilə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Oyunçu yaxın günlərdə tibbi müayinədən keçəcək.

Əmrə ötən mövsüm İngiltərə Premyer Liqasında "Liverpul"a 26 matçda köməklik edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. O, son üç ayı belindən aldığı travmadan sonra bərpa prosesi keçib.

Can mersisayd klubuna 2014-cü ildə "Bayer"dən (Almaniya) keçib.