Roman Qriqorçuk: "Astana" ilə ilkin razılığım var idi"

Roman Qriqorçuk: "Astana" ilə ilkin razılığım var idi"

1 İyun 2018 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın "Astana" komandasının yeni baş məşqçisi Roman Qriqorçuk təyinatı ilə bağlı fikirlərini bölüşüb.

Mediainfo.az "Report"-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis "Astana"nın sükanı arxasına keçməsindən qürur duyduğunu bildirib. O, klubun böyük əməyi sayəsində Avropada tanındığını vurğulayıb: "Bu, bizim məsuliyyətimizi artırır. "Astana" qələbə qazanmağa öyrəşib. Həmişə qələbə qazanmaq və bunun üçün hər şey edən klubda çalışmağı arzulamışam. Mənim işim də məhz buna yönələcək".

Qriqorçuk mövsümöncəsi təlim-məşq toplanışı keçmədən komandanı qəbul etməsinin düşündürücü olduğunu da açıqlayıb. 53 yaşlı mütəxəssis bildirib ki, "Qəbələ"dən özünə yeni köməkçi gətirməsinin anlamı yoxdur. O, həmçinin deyib ki, "Astana" ilə ilkin razılığı olub. Yekun qərarı isə bugünlərdə verib.

Qriqorçuk Astanaya gəlişinin iyunun 5-də keçiriləcək Qazaxıstan - Azərbaycan matçı ərəfəsinə təsadüf etdiyini vurğulayıb. O, komandada ciddi dəyişikliklər etməyə hazırlaşmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Roman Qriqorçuk "Astana"nın baş məşqçi postunda Qriqori Babayanı əvəzləyib. Bu təyinatdan sonra erməni əsilli Babayan ukraynalı mütəxəssisin əsas köməkçisi olacaq.