Türk futbolu onun üçün ağlayır

Türk futbolu onun üçün ağlayır

19 Aprel 2011 15:22
Bəyəndim (0) Bəyənmədim (0)
Xərçəng bir cavana daha qıydı

"Kocaelispor"un qapıçısı 22 yaşlı Əli Balkaya vəfat etdi. Gənc futbolçu caynağına keçdiyi qan xərçəngi xəstəliyinə məğlub oldu.

Rəsmi açıqlamalara görə, Əliyə keçən il xərçəng diaqnozu qoyulmuşdu. Artıq bir ilə yaxındır bu xəstəliklə boğuşan Əli təəssüf ki, bu gün səhər gözlərini əbədi olaraq yumdu. O, qılınan cənazə namazından sonra torpağa verildi. Bütün Türkiyə yekdilliklə, "Allah rəhmət eləsin, başımız sağ olsun", - deyə futbolçu üçün göz yaşı tökdü.

Qardaş ölkənin başı sağ olsun!

Günel Həbib

O.M.