Kasparov Rusiyada keçiriləcək dünya çempionatını boykot etməyə çağırdı

Kasparov Rusiyada keçiriləcək dünya çempionatını boykot etməyə çağırdı

31 Mart 2018 18:40
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı qrossmeyster Harri Kasparov xarici siyasətçiləri yayda Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatını boykot etməyə səsləyib.

Gazeta.ru xəbər verir ki, şahmat ustasının müraciəti "Frankfurter Allgemeine Zeitung" qəzetində dərc olunub.

"Mən birmənalı olaraq, idman tədbirlərinin boykot edilməsinə qarşı çıxıram, çünki mənim fikrimcə, boykot yalnız idmançıları cəzalandırır. Habelə Moskvadakı rejimin və Rusiya rəhbərliyinin düşməncəsinə törətdiyi hərəkətlərin siyasi boykotunu dəstəkləyirəm", - deyə Kasparov bildirib.

H.Kasparov Rusiyanın "düşməncəsinə hərəkətlərinə" Britaniyada keçmiş rusiyalı kəşfiyyat zabiti Serqey Skripalın zəhərlənməsini nümunə göstərib.