Albaniya klubunu  10 il müddətinə avrokuboklardan kənarlaşdırıldılar

Albaniya klubunu 10 il müddətinə avrokuboklardan kənarlaşdırıldılar

30 Mart 2018 09:04
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Futbol qurumu Albaniyanın son çempionu "Skenderbeu" cəzalandırıb.

Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, klub 10 il müddətinə avrokuboklardan kənarlaşdırılıb. Buna albanların danışılmış oyunlarda iştirak etməsi səbəb olub.

Məlumata əsasən, UEFA intizam Komitəsi komandanın adını 50-dən çox danışılmış oyunda qeyd edib.

"Skenderbeu"nun 2015/16 mövsümündəki çempionluğu da ləğv edilib. Bundan əlavə klub 1 milyon avro cərimə olunub.