"İnter" - "Turan" matçında Tovuz təmsilçisi ikinci hissədə meydana çıxmadı

"İnter" - "Turan" matçında Tovuz təmsilçisi ikinci hissədə meydana çıxmadı

30 Noyabr 2011 20:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən "İnter" - "Turan" matçında Tovuz təmsilçisi ikinci hissədə meydana çıxmadı. Qonaq komanda "İnter"in futbolçusu Asif Mirilinin vurduğu qola narazılıq edib. 43-cü dəqiqədə vurulan həmin qol hakimlər arasında da anlaşılmazlığa səbəb olub. Mirili topu qapıdan keçirəndən sonra baş hakim Vüsal Əliyev qolu qeydə alsa da, onun yan xətdəki köməkçisi Elman Musayev fərqli qərar verib. Amma qısa müzakirədən sonra Əliyevin qərarı qüvvədə qalıb. Elə buna görə də, "Turan" oyunu davam etdirmək istəməyib. Klub prezidenti Musa Süleymanovun göstərişi ilə komanda ikinci hissəyə çıxmaqdan boyun qaçırıb. Oyun yarımçıq qaldığından çox güman onsuz da maliyyə problemləri içində boğulan Tovuz təmsilçisini ağır cəza veriləcək.

O.M.