Hakimi söyən türk qardaşlara ağır cəza

Hakimi söyən türk qardaşlara ağır cəza

20 Mart 2018 08:32
Bəyəndim (0) Bəyənmədim (0)

Türk əsilli isveçrəli baş məşqçi Murat Yakın ağır cəza alıb. Apasport.az saytının məlumatına görə, "Qrasshopers"in çalışdırıcısı hakimi söydüyü üçün cəzalandırılıb.

İsveçrə çempionatının 24-cü turunun "Lozanna" ilə oyununda insident zamanı hakimi təhqir edən Yakın 3 matçda texniki zonadan komandasını idarə edə bilməyəcək.

Maraqlıdı ki, həmin görüşdə eyni səbəbdən Muradın kiçik qardaşı və köməkçisi Hakan Yakın da cəzalandırılıb. Onun uzaqlaşdırılma müddəti isə 5 matç olub.