Neymar PSJ-yə şərt qoydu - Həftəyə 1 milyon

Neymar PSJ-yə şərt qoydu - Həftəyə 1 milyon

18 Mart 2018 20:52
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyalı ulduz futbolçu Neymar PSJ klubuna şərt qoyub.

"Qafqazinfo" "Sunday Times"a istinadən xəbər verir ki, hücumçu Paris klubunda qalması üçün maaşının artırılmasını istəyib. İddiaya görə, Neymar PSJ-dən həftəsinə 1 milyon funt-sterlinq (1,3 milyon avro) tələb edib.

Neymarın Fransada çox darıxdığı da bildirilir. Oyunçunun "5 aydır burdayam amma 5 ildir kimi hiss edirəm",-dediyi də vurğulanır.

Qeyd edək ki, Neymar 2017-ci il yay transfer dönəmində 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib.