Dünya çempionatında 4-cü əvəzetmə olacaq

Dünya çempionatında 4-cü əvəzetmə olacaq

17 Mart 2018 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

FİFA Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı yeni qərarları təsdiqləyib.

FİFA mundialda komandaların 4-cü əvəzetmə hüququnu təsdiq edib. Yeni qayda yalnız əlavə vaxt olduğu təqdirdə tədbiq edilə bilər. Bu variant 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar kubokunda ilk dəfə sınaqdan keçirilmişdi.

FİFA mundialda videotəkrar sistemindən istifadə edilməsini rəsmən təsdiqləyib.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək. Qafqazinfo