ÇL – Bu gün 1/4 final mərhələsinin püşkü atılacaq

ÇL – Bu gün 1/4 final mərhələsinin püşkü atılacaq

16 Mart 2018 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

. Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

Azadinform xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 8 komanda rəqiblərini tanıyacaq. "Kor püşk" atılacaq və bu, o demıkdir ki, istənilən komanda digərinə rəqib ola bilər.

"Barselona" (İspaniya)

"Real" (İspaniya)

"Sevilya" (İspaniya)

"Bavariya" (Almaniya)

"Yuventus" (İtaliya)

"Roma" (İtaliya)

"Liverpul" (İngiltərə)

"Mançester Siti" (İngiltərə)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.