Berti Foqtsun işgüzar taleyi sabah həll olunacaq

Berti Foqtsun işgüzar taleyi sabah həll olunacaq

29 Noyabr 2011 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasının vaxtı müəyyənləşib. İK üzvləri sabah saat 13:00-da bir araya gələcəklər. Tədbir AFFA-nın yox, Dövlət Neft Şirkətinin baş ofisində keçiriləcək.

İclasın gündəliyinə salınan məsələlərdən birincisi Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun gələcək taleyi ilə bağlı olacaq. Məhz bu iclasdan sonra almaniyalı mütəxəssisin komandamızda qalıb-qalmayacağı dəqiqləşəcək. Ardından "İnter" Peşəkar İdman Klubunun "Şəfa" stadionu ilə bağlı müraciətinə baxılacaq. Daha sonra isə digər məsələlər müzakirə olunacaq.

O.M.