 
    
    AFFA 4 klubu ciddi cəzalandırdı
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer Liqanın XIV turunda baş verənləri müzakirə edən komitə üzvləri müvafiq qərarlar qəbul ediblər. Ümumilikdə 4 kluba klublara 5200 manat cərimə kəsilib.
"Simurq"la matçın 80-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırılan Katalin Doman ("Xəzər Lənkəran") 1 oyunluq cəzalanıb, klubu 200
manat cərimə olunub. 78-ci dəqiqədə yerli azarkeşlər tərəfindən meydançaya
kənar əşyalar atıldığı üçün "Simurq" 2000 manat cərimələnib.
"İnter"lə görüşdə 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün AZAL 1000 manat
cərimə edilib. 
"Qarabağ"- "Neftçi" matçının 70-ci dəqiqəsində ağdamlı fanatlar meydançaya
kənar əşyalar atdıqları üçün meydan sahibi AFFA-nın büdcəsinə 2000 manat
köçürəcək. 
O.M.
 
                             
                             
                            











 
     
    











































































