PAOK-un prezidenti hakimi döydü

PAOK-un prezidenti hakimi döydü

12 Mart 2018 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

Yunınstan Super Liqasının 25-ci turunda PAOK- AEK oyununda dava düşüb.

PAOK öz meydanında AEK-i qəbul edib. Qarşılaşmanın 90-cı dəqiqəsində PAOK futbolçuları fərqləniblər. Lakin hakim Kominis qolu hesaba almayıb. Buna əsəbləşəb klubun prezidenti İvan Savvidis meydana daxil olaraq hakimi döyüb. Oyun isə 90-cı dəqiqədə yarımçıq saxlanılıb.

Qeyd edək ki, çempionata 24 oyundan sonra 54 xal toplayan AEK başçılıq edir. Bir oyun az keçirən PAOK-un isə 52 xalı var. 3-cü pillədə isə 24 oyuna 50 xal qazanan Olimpiakos gəlir.Qafqazinfo