“Ümidsiz, əlacsız gözləyirik” - Böyükağa Hacıyevin oğlu

“Ümidsiz, əlacsız gözləyirik” - Böyükağa Hacıyevin oğlu

9 Mart 2018 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

"Neftçi"nin sabiq baş məşqçisi və AFFA Klublar Komitəsinin üzvü Böyükağa Hacıyevin durumu daha da ağırlaşıb.

Bu barədə "Qafqazinfo"ya oğlu Yusif Hacıyev məlumat verib.

O bildirib ki, atası reanimasiyadadır: "Atamın əziyyəti ağırdır. Reanimasiyadadır. Həkimlər də gözləyir ki, bəlkə nəsə dəyişiklik oldu. Allah heç kimə belə dərd verməsin. Ümidsiz, əlacsız gözləyirik".