İspaniyanın ən qədim futbol klubu  1 avroya satışa çıxarıldı

İspaniyanın ən qədim futbol klubu 1 avroya satışa çıxarıldı

8 Mart 2018 08:14
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın "Rekrativo" klubu müflis elan edilib. Apasport.az saytının məlumatına görə, bu barədə "AS" nəşri xəbər yayıb.

Bildirilib ki, Uelva şəhərinin bələdiyyəsi klubun bütün borclarını ödəməyi öhdəliyinə götürüb. Belə olan halda isə "Eurosamop" şirkəti klubu 1 avro rəmzi məbləğə satın alacaq.

Maraqlıdı ki, "Rekreativo" İspaniyanın ən qədim klubudur. Bu komanda 1889-cu ildə - "Barselona"dan 10, "Real"dan isə 13 il əvvəl yaradılıb.