ÇL – “Real” və “Liverpul”un oyunu almaniyalı hakimlərə tapşırılıb

ÇL – “Real” və “Liverpul”un oyunu almaniyalı hakimlərə tapşırılıb

5 Mart 2018 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki cavab oyununun hakimləri bəlli olub.

Azadinform UEFA-nın saytına istinadən xəbər verir ki, sabah keçiriləcək hər iki oyun almaniyalı hakimlər briqadasına tapşırılıb. PSJ – "Real" matçını Feliks Brix, "Liverpul"-"Porto" oyununu isə Feliks Zvayer idarə edəcək.
Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.