Messinin evinin üzərindən təyyarə uçuşuna qadağa qoyulub

Messinin evinin üzərindən təyyarə uçuşuna qadağa qoyulub

2 Mart 2018 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona"da rekordları alt-üst edən dünya futbolunun superulduzu Lionel Messi haqda maraqlı məlumat yayılıb.

"Qafqazinfo" xəbər verir ki, "Marca" qəzetinə danışan "Vueling" hava yolları şirkətinin prezidenti Xavyer Sançes Prieto təyyarələrin Lionel Messinin evinin üzərindən keçməsinin qadağan olduğunu açıqlayıb:

"Təyyarələr Messinin yaşadığı evin üzərindən keçmir. Çünki bu, qadağan olunub. Belə qadağa dünyanın heç bir yerində yoxdur".