İranda futbol azarkeşləri Azərbaycan bayrağını qaldırdılar

İranda futbol azarkeşləri Azərbaycan bayrağını qaldırdılar

22 Noyabr 2011 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

İran İslam Respublikasında Təbriz şəhərinin "Traktorsazi" və Şiraz şəhərinin "Fəcr-i Sepasi" futbol komandaları arasındakı qarşılaşmada təbrizli azarkeşlərin Azərbaycan bayrağı qaldırması və Azərbaycan və Türkiyə bayraqlarının təsvir olunduğu köynəklər geyməsi hakimiyyətə yaxın medianın qəzəbinə səbəb olub.

BBC-nin türk redaksiyasının verdiyi məlumata görə, "Rajanews" saytı xəbəri "Fəcr-Traktor matçına bölücü (separatçı) simvollarla qatıldılar" başlığı ilə verib: "Təəssüf ki, bu insanlar digər azarkeşləri də cəlb edərək başqa şəhərlərdə də eyni hərəkətlərini təkrarlayıblar. Pantürkist fikirləri yaymağa çalışan bu fanat qrupları vəziyyətdən öz məqsədləri üçün sui-istifadə edirlər".
O.M.