AFFA məşqçini, futbolçuları və komandaları cəzalandırdı

AFFA məşqçini, futbolçuları və komandaları cəzalandırdı

10 Noyabr 2011 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Premyer Liqanın XII turunda baş verənləri müzakirə edən qurum müvafiq qərarlar çıxarıb.

"Rəvan"- "Simurq" matçının 56-cı dəqiqəsində meydandan qovulan Ekrem Hodziç 1 oyunluq cəzalanıb. Oyunun 63-cü dəqiqəsində "Simurq"un qırmızı vərəqə alan üzvü Vasili Yanatovskinin də cəzası eyni olub.
AZAL - "Qəbələ" matçının 34-cü dəqiqəsində meydan sahiblərinin məşqçisi İlqar Hüseynov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu isə 5000 manat cərimələnib.
AFFA "Neftçi"nin futbolçusu Rəşad Abdullayevi də ağır cəzalandırıb. Yarımmüdafiəçi Premyer Liqamızın ötən turunda "Xəzər Lənkəran"la matçın 8-ci dəqiqəsində rəqib futbolçu Şəhriyar Xəlilova qarşı aqressiv hərəkət etmiş, ancaq oyunun Elnur Muradov başda olmaqla hakimlər briqadası bunu qiymətləndirməmişdi. Oyunun videoyazısı izlədikdə Rəşadın rəqibə əllə zərbə vurması aşkar edilib. İK-in üzvləri bunu nəzərə alaraq, Abdullayevi 4 oyunluq cəzalandırıb, klubu 4000 manat cərimə edib. Qərarda həmçinin göstərilib ki, AFFA-nın Hakimlər Komitəsi hakimlər briqadası haqda lazımı ölçü götürüb İK-ya yazılı məlumat verməlidir. Bu isə Muradovun da cəzalanacağı deməkdir.
Qeyd edək ki, "Neftçi" Rəşadı klubun daxili intizam məcəlləsini pozduğuna görə cəzalandırıb.

Bu gün qol vuran tərəf AFFA oldu...

Hafiz Əhmədov

O.M.