Milli komandanın qapıçısı biganəliyə görə “Xəzər Lənkəran”dan qovuldu

Milli komandanın qapıçısı biganəliyə görə “Xəzər Lənkəran”dan qovuldu

7 Noyabr 2011 18:31
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 21-də "Bakı" ilə səfər matçında buraxdığı kobud səhvlərdən sonra kapitan sarğısından məhrum edilən Kamran Ağayev "Xəzər Lənkəran" komandasından qovuldu. Hərçənd 0:5 nəticəsi olan oyunda qapını Kamal Bayramov qoruyurdu. Kamran ciddi səbəb olmadan oyuna çıxmaqdan imtina etmişdi. O, komandasının cari mövsümdə "İnter"lə səfər görüşündə də meydana çıxmamışdı. Nəticədə, "Xəzər Lənkəran" rəhbərliyi həm "İnter", həm də "Neftçi" ilə çətin matçda komandaya biganə münasibət göstərən, son vaxtlar komandada ab-havanı pozan qapıçı ilə vidalaşmaq qərarına gəldi.

Komandanın qapıçısına qapını göstərdilər…

Hafiz Əhmədov

O.M.