“Atletiko” Karraskonun qiymətini açıqladı

“Atletiko” Karraskonun qiymətini açıqladı

29 Dekabr 2017 16:02
112
Bəyəndim (0) Bəyənmədim (0)

"Atletiko"nun futbolçusu Yannik Karrasko karyerasını İngiltərədə davam etdirməyə çox yaxındı. Mediainfo.az Apasport.az-aistinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin xidmətində Premyer Liqanın iki klubu maraqlıdı.

Söhbət "Çelsi" və "Mançester Yunayted"dən gedir. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone rəhbərliklə söhbətində Karraskonun yanvarda gedişinə qarşı olmadığını bildirib.

Bundan sonra ispanlar 24 yaşlı futbolçu ilə yolları ayırmağa razılaşıblar. Ancaq keçidin baş tutması üçün Karraskonu istəyən klub 100 milyon avro xərcləməlidi.

Qeyd edək ki, Yannik Karrasko "Atletiko"ya 2015-ci ildə "Monako"dan keçib.