"Liverpul"dan rekord transfer

"Liverpul"dan rekord transfer

28 Dekabr 2017 08:54
Bəyəndim (0) Bəyənmədim (0)

"Liverpul" qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, "qırmızılar" "Sauthempton"dan Virqil van Deyki heyətinə qatıb. Hollandiyalı müdafiəçi ilə rəsmi müqavilə imzalanıb.

Mersisaydlılar bu keçidə görə qarşı tərəfə 75 milyon avro təzminat ödəyib ki, bu da dünya futbolunda müdafiəçi üçün rekord məbləğdir.

Qeyd edək ki, 26 yaşlı futbolçu ilə "Mançester Siti" də yaxından maraqlanırdı