"Real" İkardini transfer edir - "Marca"

"Real" İkardini transfer edir - "Marca"

25 Dekabr 2017 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

"İnter"in hücumçusu Mauro İkardi "Real"a keçməyə yaxındır.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu Madrid klubu ilə razılıq əldə edib.

Klublar arasında danışıqların da müsbət nəticələndiyi bildirilir. Transfer məbləği açıqlanmasa da, "İnter"in İkardini çox yüksək məbləğ qarşılığında "Real"a satacağı qeyd olunub.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm İtaliya A Seriyasında 18 oyuna 17 qol vurub.