"The Guardian"a görə Messli ilin ən yaxşı futbolçusu oldu

"The Guardian"a görə Messli ilin ən yaxşı futbolçusu oldu

23 Dekabr 2017 07:30
220
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniyanın məşhur "The Guardian" qəzeti 2017-ci ilin ən yaxşı 10 futbolçusunun siyahısını dərc edib.

Mediainfo.az-ın "qol.az"-a istinadən xəbərinə görə, qəzetin 63 ölkədən 169 ekspert arasında keçirdiyi səsvermənin yekun nəticəsinə əsasən, Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi bu ilin ən yaxşı oyunçusu seçilib. Kriştiano Ronaldo ikinci, Neymar isə üçüncü olub.

İlk 10-luqda aşağıda adları qeyd olunan futbolçular yer alıb:

1. Lionel Messi ("Barselona", Argentina)

2. Kriştiano Ronaldo ("Real", Portuqaliya)

3. Neymar (PSJ, Braziliya)

4. Kevin de Bryuyne ("Mançester Siti", Belçika)

5. Harri Keyn ("Tottenhem", İngiltərə)

6. Luka Modriç ("Real", Xorvatiya)

7. Robert Levandovski ("Bavariya", Polşa)

8. Kilian Mbappe (PSJ, Fransa)

9. Toni Kroos ("Real", Almaniya)

10. Eden Hazard ("Çelsi", Belçika