“Barselona”nın sabiq futbolçusu “Real”ı favorit sayır

“Barselona”nın sabiq futbolçusu “Real”ı favorit sayır

22 Dekabr 2017 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

"Fərqli oyun tərzinə malik iki böyük komanda üz-üzə gələcək. "Real" turnir cədvəlində "Barselona"dan geridə olduğundan, qələbə qazanmaq məcburiyyətindədi".

Bu sözləri sabiq futbolçu Qaizka Mendieta deyib.

İspaniya çempionatının XVII turu çərçivəsində "Real" əzəli rəqibi "Barselona"nı qəbul edəcək. Sabah baş tutacaq matça həmişəki kimi böyük maraq var.

"El-Klasiko" haqda fikirlərini bildirən "Barselona"nın keçmiş yarımmüdafiəçisi Mendieta "Real"ı favorit sayır: "Madridlilər öz meydanlarında oynayacaqlar. Belə vəziyyətdə həlledici görüşdə həmişə "Real"ı favorit sayıram".

Qeyd edək ki, "Real" – "Barselona" görüşü Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.(apasport)