Fatih Terim “Qalatasaray”da

Fatih Terim “Qalatasaray”da

22 Dekabr 2017 09:07
Bəyəndim (0) Bəyənmədim (0)

İqor Tudoru baş məşqçi postundan qovduqdan sonra vakant yerə namizəd axtaran "Qalatasaray"ın siyahısında Fatih Terimin də olduğu haqqında xəbər vermişdik. Apasport.az saytının məlumatına görə, hətta idarə heyəti üzvləri arasında mübahisələrə səbəb olan təcrübəli mütəxəssis maraqlı mesajla diqqət mərkəzinə gəlib.

Terim rəsmi tvitter hesabından klubun adını əlavə edərək "Harda qalmışdıq, "Qalatasaray"? yazıb.

Bundan bir neçə dəqiqə sonra isə klubdan rəsmi açıqlama verilib və Fatih Terim ilə danışıqlara başlandığı bildirilib.

Onun bu həftə "Göztəpə" ilə oynanılacaq Super Liqa matçında komandanın başında olması gözlənilir.

Qeyd edək ki, bu, məşhur məşqçinin "Qalatasaray"a 4-cü qayıdışıdı. Daha əvvəl 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Terim 2000-ci ildə "sarı-qırmızılar"la UEFA Kubokunu qazanıb.