Qurban Qurbanov istefa verdi — Qəbul olunmadı

Qurban Qurbanov istefa verdi — Qəbul olunmadı

21 Dekabr 2017 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb.

Bu barədə qol.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Q. Qurbanovun məsələsinə İK-in mart ayında keçirilməsi gözlənilən konfransında yenidən baxılacaq:

"Qurban Qurbanov İcraiyyə Komitəsindəki işini davam etdirəcək. İstefa məsələsinə İK-in növbəti ildəki iclasında yenidən baxılacaq".

İK üzvləri Q.Qurbanovun komitədə davam etdirməsinin uyğun sayıblar.

Qeyd edək ki, Q. Qurbanov millimizə baş məşqçi təyin olunduqdan sonra İcraiyyə Komitəsindən ayırılacağını bildirmişdi.