“Deda milliləşdirilə bilər” - Qurban Qurbanov

“Deda milliləşdirilə bilər” - Qurban Qurbanov

20 Dekabr 2017 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov "Qarabağ"ın U-19 komandasının hücumçusu Yaroslav Dedanın milliləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

"Qafqazinfo" xəbər verir ki, təcrübəli çalışdırıcı bu gün keçirdiyi mətbuat konfransında belə bir şeyin mümkünlüyünü deyib.

"Konkret qərar yoxdur. Onu əsas komanda ilə qış toplanışına aparacağam. Azərbaycan futboluna fayda verərsə, qanun çərçivəsində bu cür addım atmaq barədə düşünərik. Belə bir təcrübə hər yerdə var".

Qeyd edək ki, ukraynalı Yaroslav Deda UEFA Gənclər Liqasında "Qarabağ"ın hər 3 qolunun müəllifidir.