"Qalatasaray" baş məşqçisini qovdu

"Qalatasaray" baş məşqçisini qovdu

18 Dekabr 2017 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Qalatasaray" baş məşqçisi İqor Tudorla yollarını ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Beinsports" məlumat yayıb.

Ötən gün "Yeni Malatyaspor"a uduzaraq liderliyi əldən verən "Qalatasaray" azarkeşləri klubun bazası önündə etiraz aksiyası keçirərək xorvat mütəxəssisi istefaya çağırmışdı. Klub rəhbərliyi isə bu gün onu istefaya göndərib.

"Qalatasaray" hələlik rəsmi açıqlama yaymayıb.