Azərbaycan Güləş Federasiyasının yeni vitse-prezidenti Fərid Mansurovdur

Azərbaycan Güləş Federasiyasının yeni vitse-prezidenti Fərid Mansurovdur

2 Noyabr 2011 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov məlumat verir ki, bir müddət öncə Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi postundan istefa verən Fərid Mansurov yeni vəzifəyə keçirilib. O bildirib ki, AGF prezidenti Fazil Məmmədovun əmri ilə olimpiya və ikiqat dünya çempionu federasiyada gənclər üzrə vitse-prezident kimi fəaliyyət göstərəcək: "Fərid Mansurov bir müddət öncə baş məşqçi postundan öz ərizəsi ilə istefa vermişdi. Onun əldə etdiyi nailiyyətlərin Azərbaycanın idman tarixində özünəməxsus yeri var. İstefa verərkən belə, o, güləşin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. AGF rəhbərliyi də Fərid Mansurovun güləşin gənclər arasında daha geniş təbliğinə və bu idman növünün gələcək inkişafına öz bilik və bacarığını sərf etməsi üçün bu addımı atıb". Xatırladaq ki, Mansurov 2 ay öncə İstanbulda başa çatan dünya çempionatından sonra baş məşqçi postundan ayrılmışdı.

İdman sağlam təbliğatın ən gözəl vasitəsidir...

Hafiz Əhmədov

O.M.