“Sumqayıt” “Qarabağ”ı Azərbaycan Kuboku yarışlarından kənarlaşdırdı

“Sumqayıt” “Qarabağ”ı Azərbaycan Kuboku yarışlarından kənarlaşdırdı

15 Dekabr 2017 21:54
144
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

Virtualaz.org-un məlumatına görə, 1/8 final mərhələsinin sonuncu qarşılaşmasında "Sumqayıt" klubu "Qarabağ"ı qəbul edib.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 22-ci dəqiqədə Kamal Mirzəyev açıb. 90-cı dəqiqədə isə Amil Yunanov sumqayıtlıların üstünlüyünü iki topa çatdırıb.

Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə, "Sumqayıt" klubu 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Yeri gəlmişkən, "Sumqayıt" bu oyuna öz əsas məşqçisi, "Atletiko-Madrid"də təcrübə keçməyə getmiş Samir Abasovsuz çıxıb.

Onu da qeyd edək ki,1/4 final mərhələsində "Sumqayıt"dan əlavə "Keşlə", "Neftçi" və "Qəbələ" klubları mübarizə aparacaq.