19 yaşında ABŞ-da ilin futbolçusu seçildi

19 yaşında ABŞ-da ilin futbolçusu seçildi

15 Dekabr 2017 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

"Borussiya"nın gənc futbolçusu Kristian Pulişiç ABŞ-da 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, bu barədə ABŞ Futbol Federasiyası xəbər yayıb. Dortmundluların 19 yaşlı vingeri hazırda fəaliyyətdə olan futbolçular, baş məşqçilər və futbolveteranlarının iştirak etdiyi səsvermədə 94%-in etimadını qazanıb. Pulişiç sözügedən mükafatı qazanan ən gənc futbolçu olaraq da tarixə düşüb. Qeyd edək ki, Pulişiç bu mövsüm "Borussiya" ilə meydana çıxdığı 21 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.