VİDEO-Futbolçular azarkeşi döydülər

VİDEO-Futbolçular azarkeşi döydülər

1 Noyabr 2011 13:34
Bəyəndim (0) Bəyənmədim (0)
Rumıniya çempionatında qalmaqal yaşandı

Rumıniya çempionatının 12-ci turunda "Petrolula" və "Styaua" arasında matçda insident yaşandı. 45-ci dəqiqədə hakim "Petrolula"nın qapısına penalti təyin etdi. Bu da azarkeşlərin etirazına səbəb oldu. Onlardan biri meydana çıxaraq "Styaua"nın müdafiəçisi George Qalamazı yumruqla vurdu. Rəqib komandanın oyunçuları dərhal azarkeşi döyməyə başladılar. Nəticədə, hakim "Styaua"nın serb əsilli müdafiəçisi Novak Martinoviçi və qapıçı Rizvan Stançı qırmızı vərəqə ilə meydandan qovdu. Döyülən Qalamaz isə qulağının tutulması ilə əlaqədar xəstəxanaya aparıldı. "Styaua"nın idman departamentinin direktoru Nakris Raduçan hadisəni belə şərh edib: "Rumıniya seçməsində 4 matç oynayan Qalamazın üzündəki sümük sınıb. O, altı həftəyə reabilitasiya ola biləcək."

Oyun 7 dəqiqədən sonra bərpa olunsa da, "Styau"nın 2-ci qolu ilə azarkeşlər meydana müxtəlif əşyalar və fişənglər atmağa başladılar. Nəticədə, qapıçı Çiprian Tataruçanu yanıq xəsarəti aldı. Tibbi müdaxilədən sonra o, meydana qayıda bilsə də, arbitr oyunu yarımçıq kəsməli oldu.

Oyunda oyun çıxarmaqdansa, oynamaq lazımdır...

Sərvər Aslanov

O.M.