“Qalatasaray” iranlı hücumçu ilə müqavilə bağlayır

“Qalatasaray” iranlı hücumçu ilə müqavilə bağlayır

12 Dekabr 2017 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

"Qalatasaray" heyətinə yeni futbolçu qatır. İstanbul klubu iranlı hücumçu Allahyar Sayyadmaneşlə ilkin razılığa gəlib. 16 yaşlı forvardın müqaviləyə qol çəkmək üçün İstanbula yollandığı bildirilir. "Saypa" klubunun aşağı yaş qrupunda və İranın U-17 yığmasında oynayan Sayyadmaneş "Qalatasaray"ın heyətinə isə qış fasiləsində qoşulacaq. Mərkəz hücumçusu mövqeyi ilə yanaşı, cinahlarda da çıxış etməyi bacaran Sayyadmaneşin keçidinin "cim-bom"a hansı məbləğə başa gəldiyi açıqlanmır.Apasport