Derbidə qalmaqal - Mourinyo qapıçını butulka ilə vurdu

Derbidə qalmaqal - Mourinyo qapıçını butulka ilə vurdu

11 Dekabr 2017 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən "Mançester Yunayted" – "Mançester Siti" (1:2) oyunundan sonra xoşagəlməz hadisələr baş verib. İnsident "Old Trafford"un dəhlizində olub.

Mediainfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "şəhərlilər"in futbolçularının derbidəki qələbəni çılğın qeyd etməsi "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyonun xoşuna gəlməyib. Portuqal mütəxəsis onlardan rəqibə qarşı hörmət göstərməyi istəyib. Mourinyonun istəyinə qonaqların qapıçısı Ederson Moraeş təhqirlə cavab verib. Tərəflər yüksək tonla portuqal dilində mübahisə ediblər. Məşqçi buna dözməyib və Edersonu plastik butulka ilə vurub. Daha sonra konfliktə digər futbolçular da qoşulub.

"Mançester Siti"nin məşqçisi Mikel Arteta isə qaşından xəsarət alıb. Bu qarşıdurmada "qırmızı şeytanlar"ın hücumçusu Romelu Lukakunun canfəşanlıq göstərdiyi qeyd olunur. Konflikt stadionun təhlükəsizlik işçilərinin müdaxiləsindən sonra yatızdırılıb.