Kriştianu Ronaldu 5-ci dəfə "Qızıl top"u qazandı

Kriştianu Ronaldu 5-ci dəfə "Qızıl top"u qazandı

8 Dekabr 2017 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın "France Football" jurnalı 2017-ci ilin yekununa görə "Qızıl top"un sahibi elan edib.

"Report" bildirir ki, ilin ən yaxşı futbolçusu mükafatı "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronalduya nəsib olub.

O, "Qızıl top" uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb.

Ronaldu "Qızıl topu" karyerası ərzində beşinci dəfə qazanıb (2008, 2013, 2014 və 2016-cı illərdə) və onların sayına görə Messiyə çatıb.