Azar “Çelsi”nin təklifini qəbul etmədi

Azar “Çelsi”nin təklifini qəbul etmədi

5 Dekabr 2017 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Çelsi" aparıcı futbolçusu Eden Azarı heyətində saxlamağa çalışır. Mediainfo.az Apasport.az-a istinadən xəbər verir ki, London klubu belçikalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib. Belə ki, "Çelsi" Azara həftəlik 300 min funt-sterlinq məvacib ödəməyə razıdı. 26 yaşlı futbolçu bunu qəbul edəcəyi təqdirdə, "zadəganlar"ın ən yüksək ödənişli oyunçusuna çevriləcək. Lakin Azar ingilislərin təklifi ilə razılaşmayıb. O, danışıqların mövsümün sonunda aparılmasını istəyib. Belçika yığmasının üzvünün bu təklifi qəbul etməməsi onun "Real"a keçmək arzusu ilə əlaqələndirilir. Qeyd edək ki, Eden Azarın "Çelsi" ilə müqavilə müddəti 2020-ci ilə qədərdi.