Çempionlar Liqasında növbəti xoşbəxtlər kimlər olacaq? -YENİLƏNİR

Çempionlar Liqasında növbəti xoşbəxtlər kimlər olacaq? -YENİLƏNİR

5 Dekabr 2017 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək. İlk oyun günündə A, B, C və D qruplarına yekun vurulacaq.

Keçiriləcək 8 oyundan sonra daha 4 komanda 1/8 finala vəsiqə əldə edəcək. Bununla da qrupdan çıxacaq komandaların sayı 12-ə çatacaq. Son turda "Mançester Yunayted", "Bazel", MOİK, "Roma", "Atletiko", "Sportinq" və "Yuventus" xoşbəxtlərin sırasına qoşula bilər. A qrupunda MOİK-lə üz-üzə gələcək "qırmızı şeytanlar"a bərabərlik də bəs edəcək. Qrupun digər oyununda "Bazel" xal itirsə, "Mançester Yunayted" istənilən nəticə ilə qrupdan çıxacaq. B qrupunda PSJ və "Bavariya" minimum vəzifənin öhdəsindən gəliblər. Avropa Liqasına gedəcək komanda isə "Seltik" – "Anderlext" oyununda bəlli olacaq. "Qarabağ"ın da yer aldığı C qrupunda "Çelsi" artıq lazımi nəticəni əldə edibsə, "Roma" və "Atletiko"nun taleyinə bu oyunlarda aydınlıq gələcək.D qrupunda isə "Barselona"nın ardınca "Yuventus" və "Sportinq" də qrupdan çıxmağa iddialıdır.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

5 dekabr

A qrupu

23:45. "Benfika" (Portuqaliya) - "Bazel" (İsveçrə)

23:45. "Mançester Yunayted" (İngiltərə) - MOİK (Rusiya)

1. Mançester Yunayted 5 4 0 1 10-2 12
2. Bazel 5 3 0 2 9-5 9
3. MOİK 5 3 0 2 7-8 9
4. Benfika 5 0 0 5 1-12 0

B qrupu

23:45. "Seltik" (Şotlandiya) - "Anderlext" (Belçika)

23:45. "Bavariya" (Almaniya) - PSJ (Fransa)

1. PSJ 5 5 0 0 24-1 15
2. Bavariya 5 4 0 1 10-5 12
3. Seltik 5 1 0 4 5-17 3
4. Anderlext 5 0 0 5 1-17 0

C qrupu

23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya)

23:45. "Roma" (İtaliya) - "Qarabağ" (Azərbaycan)

1. Çelsi 5 3 1 1 15-7 10
2. Roma 5 2 2 1 8-6 8
3. Atletiko 5 1 3 1 4-3 6
4. Qarabağ 5 0 2 3 2-13 2

D qrupu

23:45. "Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya)

23:45. "Barselona" (İspaniya) - "Sportinq" (Portuqaliya)

1. Barselona 5 3 2 0 7-1 11
2. Yuventus 5 2 2 1 5-5 8
3. Sportinq 5 2 1 2 8-7 7
4. Olimpiakos 5 0 1 4 4-11 1

Apasport