Matteo Azərbaycan yığmasına rəhbərlik edə bilr

Matteo Azərbaycan yığmasına rəhbərlik edə bilr

28 Oktyabr 2017 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Azərbaycan milli komandasına Roberto Di Matteo baş məşqçi təyin oluna bilər. "Tuttomercato" nəşri yazır ki, AFFA rəhbərliyi italiyalı mütəxəssislə əlaqə saxlayıb.

Di Matteoya yığmanın sükanı arxasında Robert Prosineçkini əvəzləməsi təklif olunub. Onun təklifə reaksiyası məlum deyil. Prosineçki ilə müqavilənin uzadılmayacağı oktyabrın 26-da açıqlanıb.

Qeyd edək ki, Roberto Di Matteo baş məşqçi karyerası ərzində ən böyük uğurunu İngiltərənin "Çelsi" komandasında ikən qazanıb. Onun rəhbərliyi altında "zadəganlar" 2011-2012 mövsümündə Çempionlar Liqasını qazanıblar. "Qarabağ"ın hazırkı rəqibi üçün bu titul qitənin ən nüfuzlu klub turnirində hələlik yeganədir. 47 yaşlı mütəxəssisin "Çelsi"dən sonra Almaniyanın "Şalke" (2014-2015) və İngiltərənin "Aston Villa" (2016) komandalarına da rəhbərlik edib.

11 gün əvvəl İngiltərənin "Aston Villa" klubu ilə yollarını ayırıb.