"Barselona" Arda ilə bağlı qərarını verdi

"Barselona" Arda ilə bağlı qərarını verdi

27 Oktyabr 2017 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona" futbolçusu Arda Turanı gələn ilin yayı satacaq.

Qol.az-ın "TRT Spor"a istinadən yaydığı xəbərə görə, bu barədə Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku məlumat verib. O bildirib ki, bununla bağlı Kataloniya klubununun çalışdırıcısı Ernesto Valverde deyib:

"Valverde ilə görüşüb millinin oyunları öncəsi Ardaya məşqlərdə daha çox şans verməsini istədim. Klub nümayəndələri Ernestoya Ardanın satılacağını deyib. Bu yay "Arsenal", "Qalatasaray" və ya "Monako"ya keçəcəkdi, amma alınmadı".