Neymar cəzalandırıldı

Neymar cəzalandırıldı

27 Oktyabr 2017 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Futbol Federasiyasının İntizam Komitəsi PSJ-nin futbolçusu Neymarı cəzalandırıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna onun Fransa Liqasında "Marsel"ə qarşı görüşdə qırmızı vərəqə alması (iki sarı vərəqə) səbəb olub. Braziliyalı hücumçu biri şərti olmaqla iki oyunluq cəzalandırıb. Belə hal təkrarlanacağı təqdirdə, şərti cəza da qüvvəyə minəcək.

Bununla da, Neymar ölkə çempionatının 11-ci turunda "Nitsa" ilə oyunu buraxacaq.