Robert Prosineçki harada işləmək istəyir?

Robert Prosineçki harada işləmək istəyir?

25 Oktyabr 2017 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Başqa komandalardan təklif almamışam. Harada çalışacağımla bağlı qərarı tezliklə qəbul edəcəm". Mediainfo.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Millimizlə müqaviləsinin müddəti dekabrda başa çatacaq xorvatiyalı mütəxəssis xarici mətbuata açıqlama verib. O, gələcək karyerası haqda qəti qərarını yaxın günlərdə açıqlayacağını vurğulayıb.

"Harada işləmək istərdiniz" sualına Prosineçkinin cavabı belə olub: "Üstünlüyü heç nəyə vermirəm. Çünki futbolda istəklə nəsə həll olunmur. Əvvəl düşünmürdüm ki, nə vaxtsa Azərbaycanda çalışacam. Baxaq, görək, necə olacaq?".

48 yaşlı məşqçi Xorvatiya yığmasını çalışdırmaq potensialı haqda da danışıb. Qısa fikir bildirən Prosineçki hazırda bu məsələnin gündəmdə olmadığına işarə edib: "Əsas odu ki, Xorvatiya dünya çempionatının final mərhələsinə vəsiqə qazansın. Qalanı boş şeydi".

Qeyd edək ki, Robert Prosineçkinin adı xarici mətbuatda Sloveniya, Bosniya və Herseqovina yığmaları, həmçinin Türkiyənin "Konyaspor" klubu ilə birgə hallanır.