Kasilyas klubunu dəyişə bilər

Kasilyas klubunu dəyişə bilər

25 Oktyabr 2017 09:17
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas qışda "Portu"dan gedə bilər.

Mediainfo.Az goal.az-a istinadən xəbər verir ki, klub "Financial fair play" səbəbindən 34 yaşlı qolkiperlə yollarını ayırmaq istəyir. Kasilyasın əsas heyətdən kənarda qalması idman amilləri ilə əlaqələndirilsə də, onun statistikası pis hesab olunmur. Əsas məsələ İkerin illik 5 milyon avro məvacib almasıdır. "Portu"nun bir sıra futbolçuları bundan aşağı məbləğdə maaş alır.